Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümonu qəbul edib, görüşdə ikitərəfli münasibətlər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunub.
“İnterfaks-Azərbaycan” agentliyi Azərbaycan liderinin saytına istinadən məlumat verir ki, söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar prosesi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Əliyev Azərbaycanın üzləşdiyi mina problemi və Birinci Qarabağ müharibəsindən (1992-1994-cü illərdə) etibarən 4 min nəfərə yaxın Azərbaycan vətəndaşının itkin düşmüş hesab edildiyini vurğuladı, bu məsələlərin həllinin vacibliyi qeyd edildi.
“Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olundu”, - məlumatda vurğulanır. **
R.Əhmədov