Oktyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyev, gözlənildiyi kimi, Sofiyada Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) kommersiya istismarına verilməsi mərasimində iştirak edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi Bolqarıstan prezidentinin dəftərxanasına istinadən məlumat verib ki, mərasimdə həmçinin Avropa Komissiyasının sədri Ursula fin der Lyayen, Şimali Makedoniya prezidenti Stevo Pendarovski, Serbiya prezidenti Aleksandr Vuçiç, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın baş naziri Nikolae Çuke və digər rəsmi şəxslər iştirak edəcəklər.
IGB illik 3 milyard kubmetr ötürmə gücünə malikdir, lakin daha güclü qaz kompressorları hesabına bu həcmi 5 milyard kubmetrədək artırmaq mümkündür ki, Rumıniya da bu məsələdə maraqlıdır.
Yunanıstan-Bolqarıstan interkonnektorunun 2022-ci il oktyabrın 1-dən etibarən işə salınması Azərbaycandan Bolqarıstana müqavilədə göstərilən həcmdə - 1 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək ki, bu da ölkənin qaza tələbatının üçdə birini təşkil edir. Bununla belə, Sofiya Azərbaycandan əlavə olaraq ildə 0,5-1 milyard kubmetr qaz almağa ümid edir.
Azərbaycan 2021-ci ildə Bolqarıstana 280 milyon kubmetr qaz ixrac edib.2022-ci ildə Azərbaycandan ixrac 600 milyon kubmetr həcmində qiymətləndirilir, bu da Sofiyanın qaz istehlakının 19%-nin ödənilməsinə imkan yaradacaq. **
R.Kərimov