30 sentyabr-1 oktyabr tarixlərində Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfər edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi Bolqarıstan prezidentinin dəftərxanasına istinadən məlumat verir ki, sentyabrın 30-da Əliyev və Radev təkbətək formatda və geniş tərkibdə görüş zamanı Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq, energetika, iqtisadiyyat, təhlükəsizlik,, turizm, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafını müzakirə edəcəklər.
Əliyev və Radev danışıqların yekunlarına dair mətbuat üşün bəyanatlarla çıxış edəcəklər. **
R.Kərimov