İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə KTMT-nin baş katibi Stanislav Zas arasında görüş keçirilib. Bu barədə cümə axşamı KTMT-nin mətbuat xidməti məlumat verib.
Məlumata görə, Zas Paşinyanı “KTMT missiyasının fəaliyyətinin ilkin nəticələri barədə məlumatlandırıb, tərəflər onun fəaliyyətini və regionda formalaşmış vəziyyəti ətraflı müzakirə ediblər”.
KTMT missiyası sentyabrın 13-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına əsasən Ermənistana göndərilib.
“KTMT missiyasına Ermənistan Respublikasının ayrı-ayrı sərhəd rayonlarında yerində vəziyyətin monitorinqi və öyrənilməsi və gələcək tədbirlərlə bağlı təkliflərin hazırlanması vəzifələri həvalə olunur. Missiyanın işinin yekunlarına əsasən KTMT-yə üzv dövlətlərin rəhbərlərinə regiondakı vəziyyət (Azərbaycanla sərhəddə - IF) barədə məruzə və vəziyyətin normallaşdırılması ilə bağlı təkliflər hazırlanır”, - mətbuat xidmətindən bildiriblər. **