Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bir neçə gündən sonra Praqada görüşə bilərlər. Bu barədə Ermənistan parlamentnin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyan bəyan edib.
“Həqiqətən, bu cür görüş baş tuta bilər. Görüşün gündəliyi – Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesidir”, - Rubinyan radio efirində bir neçə gündən sonra Praqada görüşün mümkünlüyü barədə sualı cavablandırarkən bildirib. **