2022-ci ildə Azərbaycana turist axını 1,4 milyon nəfəri keçəcək. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev belə proqnoz verib.
Onun sözlərinə görə, koronavirusdan zərər görən turizm sektoru hazırda bərpa olur.
“Ölkəmizə bu ilin 8 ayı ərzində bir milyondan çox xarici ziyarətçi gəlib, ilin sonuna qədər biz bu rəqəmlərin 1 milyon 400 mini keçəcəyini proqnozlaşdırıq. İnanırıq ki, turizm sahəsi tezliklə əvvəlki inkişaf tempini tam bərpa edə biləcək”, - Nağıyev Facebook səhifəsində yazıb. **
X.Nəsirzadə