Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 30-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 30-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.6671 manat/1EUR səviyyəsində (sentyabrın 29-na 1.6464 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 30-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0296 manat/1RUB səviyyəsində (sentyabrın 29-na 0.0295 manat/1RUB) müəyyən edib.
Sentyabrın 30-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0917 manat/1TRY səviyyəsində saxlanılıb.*
B.Rüstəmbəyov