“Azərbaycan Hava Yolları” QSC (AZAL) oktyabrın 4-dən Bakı-Səmərqənd-Bakı marşrutu üzrə uçuşlara başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə aviaşirkətin Marketinq, kommersiya və istehsalat departamentinin rəis müavini Fatimə Hacızadə məlumat verib.
“AZAL beynəlxalq uçuşların coğrafiyasını genişləndirir və oktyabrın 4-dən Bakı-Səmərqənd-Bakı marşrutu üzrə uçuşlara başlayır”, - deyə o bildirib.
F.Hacızadə qeyd edib ki, uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək.
Daha əvvəl AZAL Səmərqəndə uçuşların çərşənbə axşamı və cümə günləri həyata keçiriləcəyi ilə bağlı məlumat vermişdi.
AZAL, həmçinin yaxın vaxtlarda Bakı-Daşkənd marşrutu üzrə və əks istiqamətdə reyslərin tezliyini həftədə 5 dəfəyə çatdırmağı planlaşdırır.*
R.Kərimov