2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 1 milyard 514,6 min manatlıq ($890,941 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə əməliyyatların həcmi 2,1 dəfə artıb.
Yanvar ayında aparılan əməliyyatların həcmi 204,7 milyon manat, fevralda 186,5 milyon manat, martda 158,5 milyon manat, apreldə 136,6 milyon manat, mayda 184,1 milyon manat, iyunda 203,6 milyon manat, iyulda 213,6 milyon manat, avqustda 214,6 milyon manat (2022-ci ilin əvvəlindən maksimum göstərici) təşkil edib.
2021-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 1,3 milyard manat ($764,7 milyon) təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3 dəfə çoxdur.*
B.Rüstəmbəyov