Bakı Fond Birjası (BFB) ticarət saatlarının uzadıldığını elan edib.
“Bakı Fond Birjasının üzvləri və bazar iştirakçılarından daxil olan istəkləri, habelə beynəlxalq praktikanı əsas götürərək Bakı Fond Birjasının təşəbbüsü və Azərbaycan Respublikasının Mərkəzi Bankının müsbət münasibətini nəzərə alaraq, ticarətin fasiləsizliyini təmin etmək məqsədilə keçirilən digər əməliyyatların (ARMB repo və əks-repo əməliyyatları istisna olmaqla, digər repo əməliyyatının, səhm və istiqrazlar üzrə isə təkrar bazar əməliyyatlarının) ticarət saatları 16:30-a qədər uzadılıb, nahar fasiləsi (13:00-14:00) isə ləğv edilərək ticarət saatlarına əlavə olunub”, - deyə BFB-nin məlumatında bildirilir.
Ticarət saatlarına edilmiş dəyişikliklər 03 oktyabr 2022-ci il tarixindən qüvvəyə minəcək.*
X.Nəsirzadə