Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturunu təsdiq edib.
“İnterfaks-Azərbaycan” agentliyi Nazirlər Kabinetinin qərarına istinadən xəbər verir ki, AMEA-nın yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək, işçilərin say həddi isə 3510 nəfər təşkil edəcək.
Bundan başqa, AMEA-nın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.*
B.Rüstəmbəyov