Azərbaycan və Ermənistanın xarici işlər naziri Ceyhun Bayramov və Ararat Mirzoyan oktyabrın 2-də Cenevrədə iki ölkə arasında sülh sazişinin mətni üzrə müzakirələrə başlayacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“İki gün sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh sazişinin mətni üzrə müzakirələrə başlayacaq. Əgər mətn bizim üçün məqbul olarsa, onu imzalayacağıq”, - deyə Paşinyan ölkənin İctimai Televiziyasının efirində bildirib.
Onun sözlərinə görə, Qarabağ məsələsi Azərbaycanla Ermənistan arasında sülh sazişinə daxil edilməməlidir.*