Füzulu rayon prokurorluğu Yuxarı Dilağarda kəndində iki nəfərin minaya düşərək həlak olması barədə məlumat yayıb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, aparılmış araşdırmalarla 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşmələri nəticəsində ölmələri müəyyən edilib.
“Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb”, - deyə məlumatda bildirilir.*
R.Əhmədov