Tərtər Rayon Prokurorluğu Qızıloba kəndində iki nəfərin minaya düşərək xəsarət alması barədə məlumat yayıb.
“İnterfaks-Azərbaycan” agentliyi prokurorluğun məlumatına istinadən xəbər verir ki, aparılmış araşdırmalarla 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
“Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır”, - deyə məlumatda qeyd olunur.*
Xəbərlər şöbəsi