Prezident İlham Əliyev bəyan edib ki, 2022-ci ildə Azərbaycan qazının Avropaya ixracı 40% - 11,5 milyard kubmetrə qədər artacaq.
“Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaq. Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil edib. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunub. Bu isə əvvəlki illə müqayisədə 40% artım deməkdir”, - deyə dövlət başçısı oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. “Biz TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla artıq məsləhətləşmələrə başlamışıq. Çünki bu olmadan əlavə təchizatı təmin etmək çətin olacaq”, - deyə prezident əlavə edib.
İ.Əliyev Azərbaycanın daha bir neçə qaz yatağından hasilata başlanması hesabına ixracı artırmaq potensialına malik olduğunu diqqətə çatdırıb.*
A.Əzizov