Hazırda Azərbaycan avropalı tərəfdaşları ilə elektrik enerjisinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparır. Bunu Prezident İlham Əliyev deyib.
“Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir. Beləliklə, əminəm ki, bu yaxınlarda Azərbaycan Avropa üçün etibarlı elektrik enerjisi təchizatçısına çevriləcək”, - deyə dövlət başçısı oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, külək enerjisi sahəsində təkcə Xəzər dənizində təsdiq edilmiş potensialın həcmi 157 qeqavatdır.
“Hazırda biz avropalı tərəfdaşlarımızla bu enerjinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparırıq”, - deyə prezident əlavə edib.*
A.Əzizov