Azərbaycanda koronavirus infeksiyasına 92 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 821 min 532-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 129 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı 28,7% azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər (ötən gün 4 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9 min 919 nəfərə çatıb.
Virusa yoluxmuş 810 min 730 nəfər (sutka ərzində +143) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 883 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 656 (ötən gün 2 min 400 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 252 min 623 test aparılıb.*
R.Kərimov