Xocavənd rayon prokurorluğu Tağaverd kəndi ərazisində bir nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Oktyabrın 2-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.*
R.Kərimov