Azərbaycanda koronavirus infeksiyasına 103 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 821 min 635-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 92 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı təxminən 12% artıb.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün iki nəfər vəfat edib). Ölənlərin ümumi sayı 9 min 919 nəfər təşkil edir.
Virusa yoluxmuş 810 min 889 nəfər (sutka ərzində +159) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 827 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 223 (ötən gün 2 min 656 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 254 min 846 test aparılıb.*
R.Kərimov