Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar erməni hərbçilərinin azərbaycanlılara qarşı törəditdikləri hərbi cinayətləri əks etdirən videonu araşdırmağa çağırıb.
“Bu gün mənə, çox ehtimal ki, azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib. Bunlar da araşdırılmalı və əsl təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxıb və hər kəs etdiyi hərəkətə görə məsuliyyət daşılmalıdır”, - Klaar Tvitter hesabında yazıb. **
R.Əhmədov