“Azərişıq” ASC Cəlilabad və Neftçala rayonlarında paylayıcı elektrik şəbəkələrində itkilərin azaldılması işlərinə 3 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, "İNTEGRAS" MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilə Cəlilabad rayonu Buravar, Şatırlı kəndləri , Neftçala rayonu Mürsəlqulu kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işlərini nəzərdə tutur.
Müqavilənin dəyəri – 2 milyon 976 min 856 manatdır. **
B.Rüstəmbəyov