“Azərişıq” ASC Kəlbəcər rayonu Qamışlı yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunmasına 3 milyon 410 min 367 manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, bu məqsədlə “Azərişıq” "SMART ENERGY SERVİCES" MMC ilə müqavilə bağlayıb.
Müqavilə 35 kV-luq kabel xətlərinin çəkilməsi və müxtəlif güclərdə KTM-lərin quraşdırılması işlərini nəzərdə tutur. **
B.Rüstəmbəyov