Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına əsasən, sentyabr ayında 4,064 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
“İnterfaks-Azərbaycan” agentliyi ANAMA-ya istinadən məlumat verir ki, sentyabrın 1-dən 30-dək iuşöaldan azad edilmiş Qarabağ və Şərqi Zəngzurda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1 635, tank əleyhinə 747 mina və 1 363 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə, 4 064.06 hektar ərazi (avqustda 5523,74 hektar) mina və partlamamış hərbi sursatlardan təmizlənib.**
B.Rüstəmbəyov