Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (Qarabağ regionu) şəhərdə yerləşən tarixi memarlıq abidələrinin qorunması məqsədilə videonəzarət və təhlükəsizlik kameralarının quraşdırılması məqsədilə “Nimpex” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, şirkət ilə 376,484 min manat məbləğində müvafiq müqavilə bağlanıb. **
X.Nəsirzadə