Azərbaycanda koronavirus infeksiyasına 26 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 821 min 661-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 103 yoluxma faktı qeydə alınmışdı.
COVID-19-dan gün ərzində vəfat edən olmayıb. Ölənlərin ümumi sayı 9 min 919 nəfərə çatıb.
Virusa yoluxmuş 810 min 929 nəfər (sutka ərzində +40) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 813 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 580 (ötən gün 2 min 223 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 256 min 426 test aparılıb.**
X.Nəsirzadə