Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün çərşənbə axşamı İndoneziyanın paytaxtı Cakarta şəhərinə səfər edəcək.
“Səfər çərçivəsində Qafarovanın bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq”, - Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir. **
X.Nəsirzadə