Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ-minalar aşkar ediblər.
“Evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, eləcə də PMN-Э Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub. Bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin davam etdirdiyinin göstəricisidir”, - ANAMA qeyd edir.
“Tələ-minaların, ölüm ehtimalını artıran mina-sürprizlərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir", - ANAMA vurğulayıb.
N.Abbasova