Bazar ertəsi Azərbaycan Respublikasınn Baş naziri Əli Əsədovun sədrliyi ilə nəqliyyat sahəsində mövcud vəziyyətə həsr olunan işçi müşavirə keçirilib.
“Müşavirədə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, paytaxtda yol-nəqliyyat sahəsində mövcud problemlər geniş müzakirə olunub, qarşıda duran vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib”, - Nazirlər Kabinetinin məlumatında deyilir. **
N.Abbasova