Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeridünən telefon danışığı zamanı sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginliyi müzakirə ediblər. Bu barədə İranın IRNA agentliyi yazır.
“İnterfaks-Azərbaycan” agentliyi nəşrə istinadən qeyd edir ki, Baqeri bəyan edib ki, Bakı və İrəvan sərhəd məsələsini sülh yolu ilə həll etməlidir.
Öz növbəsində, Həsənov bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhəd məsələsi danışıqlar yolu ilə həll oluna bilər. O, həmçinin əlavə edib ki, Azərbaycan Ermənistan ərazisinə iddia etmir və bu məqsədlə heç bir hərbi əməliyyat planlaşdırmır. **
R.Kərimov