Çərşənbə axşamı Azərbaycan Müdafiə Nazirliyi Daşkəsən rayonunda erməni diversiya qruplarının basdırdığı 452 ədəd Э-001 М tipli piyada əleyhinə minanın aşkar edilərək zərərsizləşirilməsi barədə məlumat verib.
“Daşkəsən rayonu ərazisində erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib”, - nazirliyin məlumatında qeyd olunur.
MN-dən dəqiqləşdrilib ki, minalar sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində döyüşlər zamanı erməni diversiya qrupları tərəfindən basdırıb. **
R.Kərimov