Belarus Azərbaycanla ticari-iqtisadi əməkdaşlığın genişlənməsində maraqlıdır.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bu barədə Belarus baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın Minskdəki səfiri Ülvi Baxşəliyevlə görüş zamanı bəyan edib.
“Yeni geosiyasi çaöırışlara baxmayaraq, bir çox tərəfdaşlar biqimz qarşılıqlı fəaliyyət dimanikamıza həsəd apara bilərlər. Yüksək və ali səviyyələrdə, həmçinin bizim üçün ümumi beynəlxalq təşkilatların meydançalarında və inteqrasiya formatlarında təmaslar davam edir. Xüsusilə, cari ildə Belarus baş nazirinin Azərbaycana səfəri baş tutub. Dünyada mürəkkəb siyasi konyuktura münasibətlərimizə mənfi təsir göstərməyib. Əksinə, biz hər zamna biri-birimizi dəstələmişik və bu ənənə qalmaqdadır”, - Petrişenko deyib.
Belarus mətbuatının sitat gətirdiyi Petrişenkonun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi əsas mövqelər üzrə artmaqda davam edir. “Belarus Azərbaycana transformatorların və kabel məhsullarının, meşə, ağac materiallarının və ağac plitələrinin, habelə ərzaq məhsullarının tədarükünü xeyli artıb. Həmçinin, dost olmayan ölkələrdən idxalını əvəz edən Azərbaycan tərəvəz və meyvələrinin etibarlı satınalma kanalı təşkil olunub. Belarus tərəfi ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsində və şaxələndirilməsində maraqlıdır. Bunun üçün bütün resurslarımız var”, - o vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, Belarus 3-5 noyabr 2022-ci ildə Bakıda keçiriləcək Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisində təmsil olunacaq. “Belarusda keçirilən iri sərgilərdə Azərbaycanın milli ekspozisiyalarını görmək istərdik. Misal üçün, azərbaycanlı təzə meyvə və tərəvəz istehsalçılarını - «Prodekspo» beynəlxalq sərgisinin iştirakçıları arasında, həmçinin Belarusda iyun ayının əvvəlində keçirilən illik «Belagro» sərgisinin iştirakçıları arasında”, - Petrişenko əlavə edib. **
R.Əhmədov