Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanaya işgüzar səfərə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
“Şahbazov Vyanada oktyabrın 5-də keçiriləcək OPEC+ölkələri nazirlərinin 33-cü iclasında iştirak edəcək”, - nazirlikdən qeyd ediblər.
Xəbər verrildiyi kimi, OPEC+ölkələri nazirlərinin iclası 2020-ci ilin martından bəri ilk dəfə əyani formatda keçiriləcək. **
N.Abbasova