Xocavənd rayonu Edilli kəndində (Qarabağ regionu) kütləvi məzarlıq aşkar edilib.
Azərbaycan mətbuatının məlumatına görə, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.
İnsan qalıqlarının yanında tapılmış əşyalara əsasən, həlak olanların hərbi qulluqçular olduqları güman edilir.
Həmçinin, ölmədən əvvəl həmin şəxslərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Öncə 2022-ci ilin fevral ayında Xocavənd rayonu Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. **
R.Əhmədov