2022-ci il sentyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $7 milyard 667,3 milyon təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $7 milyard 75,4 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 8,4% artıb.
Sentyabrda AMB-nin valyuta ehtiyatları 2,2% və ya $163,7 milyonadək artıb.
2021-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,1% artıb.**
X.Nəsirzadə