2022-ci il sentyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 16 milyard 144,9 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2021-ci il dekabrın sonuna pul bazasının həcmi 17 milyard 937,6 milyon manat təşkil edib. Beləliklə, 2022-ci ilin 9 ayı ərzində pul bazası 10% azalıb.
Cari ilin sentyabr ayında pul bazası 59,9 milyon manat və ya 0,4% artıb.
2021-ci ildə Azərbaycanda pul bazası 32,2% artıb.**
X.Nəsirzadə