AFFA çərşənbə axşamı məlumat verib ki, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılıb.
AFFA-nın İcraiyyə Komitəsinin iclasında müvafiq qərar qəbul olunub.
“Aparılmış müzakirələrdən sonra futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılması barədə qərar qəbul olunub”, - AFFA-nın məlumatında deyilir.
Canni De Byazi Azərbaycan millisinə 2020-ci ilin iyulunda baş məşqçi təyin olunub.**
R.Kərimov