Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva çərşənbə axşamı Ağdam rayonunun Kəngərli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlət başçısına məlumat verilib ki, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb.
Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır.
Vurğulanıb ki, kənddə əhalinin işlə təminatı üçün bütün şərait yaradılıb. Burada ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Prezident İlham Əliyev Kəngərli kəndinin təməlini qoydu.
Kənddə tikinti işlərinin bu il oktyabrın 10-da başlanılması və 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur. **
B.Rüstəmbəyov