Azərbaycan və Türkiyə xüsusi təyinatlı qoşunların birgə təlimi başlayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi Twitter hesabında məlumat verir ki, təlim oktyabrın 3-də Türkiyə ərazisində başlayıb və oktyabrın 14-dək davam edəcək.
Təlim hərbi-dəniz donanmasının xüsusi əməliyyatları üçün Türkiyə və Azərbaycanın SAT (sualtı hücum) və SAS (sualtı müdafiə) komandaları arasında operativ uyğunluğun təmin edilməsi vasitəsilə Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə hərbi sahədə əməkdaşlığın inkişafına yönəlib.
Təlim yerüstü əməliyyatlar sahəsində təcrübə mübadiləsi və yüngül silahdan atəş məşqləri, həmçinin dənizdə keçiriləcək təlimlərin keçirilməsini nəzərdə tutur. **
N.Abbasova