Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu arasında halal keyfiyyət infrastrukturu sahəsində Anlaşma Memorandumu imzalanıb.
“İnterfaks-Azərbaycan” İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir ki, tərəflər halal məhsulların müvafiq standartlaşdırma fəaliyyəti üzrə təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması,texniki əməkdaşlıq vəhalal məhsullarınsertifikatlaşdırılmasına dair stimullaşdırıcı tədbirlərbarədə razılığa gəliblər.
“Razılaşmaya əsasən, halal məhsul və xidmətlərə dair standartların hazırlanması İslam Əməkdaşlıq Təşkilatı - İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutunun tələblərinə uyğun olaraq həyata keçiriləcək”, - nazirlikdən qeyd olunur.
Sənəd Birləşmiş Ərəb Əmirliklərində keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısı çərçivəsində imzalanıb. **
B.Rüstəmbəyov