Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı sərhədlərin delimitasiyası çərçivəsində aktiv işləməyə çağırıb.
“Biz ümid edirik ki, sərhəd delimitasiyası üzrə müvafiq iki komissiya, Azərbaycan və Ermənistanın komissiyaları vaxt itirməyəcək və iki ölkə arasında faktiki mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcək”, - Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin təxminən 30 il davam edən işğalı dövründə iki ölkə arasında sərhəd tamamilə Ermənistanın nəzarətində olub. İkinci Qarabağ müharibəsi sona çatandan sonra Azərbaycan hərbçiləri Ermənistanla sərhədə gəldilər.
“400 kilometrdən çox olan sərhədin müəyyənləşdirilməsi üçün tarixi sənədlərə, tarixi xəritələrə və beynəlxalq təcrübəyə, müəyyən metodologiyaya əsaslanan aktiv iş aparmalıyıq. Bu proses gedir, lakin onun nə qədər uğurlu olacağını demək çətindir”, - Əliyev əlavə edib.
Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası zrə milli komissiyalar çərçivəsində iki görüş keçirib. Üçüncü görüş noyabr ayında Brüsseldə planlaşdırılmışdı. Lakin Azərbaycan bu görüşün artıq oktyabr ayında keçirilmısini təklif edib. **
R.Kərimov