Azərbaycanın energetika naziri PərvizŞahbazov İstanbul şəhərindəkeçiriləcək Azərbaycan-Türkiyə 2-ci Enerji Forumunda iştirak edəcək.
“Forum bu gün işinə başlayıb. İki gün davam edəcək Forumun birinci günündə karbohidrogen və neft-kimya məhsulları, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, həmçinin enerji tənzimləmə istiqamətləri üzrə fəaliyyət göstərən birgə işçi qruplarının iclasları keçiriləcək”, - “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
Oktyabrın 6-da, tədbirin ikinci günündə isə Azərbaycanın energetika naziri PərvizŞahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslərinçıxışları, həmçinin Forumun yekunlarına dair protokolun imzalanması nəzərdə tutulur.
Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təsis edilib və ilk Forum 21-22 dekabr 2021-ci il tarixində Bakı şəhərində keçirilib. **
N.Abbasova