2022-ci ilin yanvar-sentyabr ayları ərzində Qazaxıstan Azərbaycana taxıl tədarükü bazarındakı paynı artırıb, RF isə, əksinə olaraq, azaldıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
"Taxıl idxalının strukturu nöqteyi-nəzərindən, taxıl idxalının əsas bazarları tarix boyu Rusiya və müəyyən dərəcədə Qazaxıstan olub. 2020-ci ildə Rusiyadan ərzaq buğdanın idxalının payı 98% təşkil edib, 2021-ci ildə 94-95%-ə, 2022-ci ilin yanvar-sentyabr aylarında - 74%-ə enib, əvəzində Qazaxıstanın payı artıb", - Abbasbəyli çərşənbə günü Bakıda keçirilən XII Beynəlxalq Taxıl Ticarət Konfransında bildirib.
“İnterfaks-Azərbaycan”ın müxbirinin məlumatına görə, Abbasbəylinin sözlərinə görə, bu cür tendensiya Rusiya ixracatçılarına Azərbaycan bazarında mövqelərini qorumaq üçün stimul verməlidir. “Bunun üçün nəqliyyat-logistika, qiymət, mübadilə məzənnəsi və ödəniş sistemi məsələlərini tənzimləmək lazımdlır. Həmçinin məhsulun keyfiyyəti çox vacibdir”, - Abbasbəyli qeyd edib. **
X.Nəsirzadə