Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib ki, Praqada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Azərbaycan və Fransa prezidentləri və Aİ Şurasının prezidenti ilə görüş keçirəcək.
“Praqaya səfərə yola düşürəm, burada Avropa Siyasi Birliyi sammitində iştirak edəcəyəm. Bu tədbir çərçivəsində Ermənistanın baş naziri, Azərbaycan və Fransa prezidentləri və Aİ Şurasının prezidentinin dördtərəfli görüşü planlaşdırılıb”, - Paşinyan çərşənbə günü parlamentdə “hökumət saatı” çərçivəsində bildirib.
Onun sözlərinə görə, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüş planlaşdırılıb.
“Bu cür görüşün mümkünlüyü barədə biz bəyan etmişik”, - Paşinyan deyib.
O, həmçinin qeyd edib ki, «bu görüşlər sülh barədə ümumi gündəmin müzakirəsi məntiqinə uyğundur».
«Həmçinin məlumat vermək istəyirəm ki, Praqadan Sankt-Peterburqa yola düşəcəyəm. Burada MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəyəm», - Ermənistanın baş naziri bildirib. **