Ədliyyə Nazirliyi məhkum edilmiş şəxslərə tətbiq olunan elektron nəzarət vasitələrinin və aidiyyəti avadanlığın satınalınması, eləcə də elektron monitorinq sistemlərinin, “Cəza çəkən məhkumlar və həbs olunmuş şəxslər” informasiya resursunun, mövcud elektron nəzarət qurğuları və digər avadanlıq, lisenziyalar, proqram təminatı, habelə rabitə infrastrukturunun saxlanılması, inkişafı və texniki dəstəyin göstərilməsi üzrə xidmətlərə 7 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, "EVRODİZAYN" QSC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri – 6 milyon 895,794 min manatdır. **
B.Rüstəmbəyov