Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski hesab edir ki, Azərbaycan buğdanın qiymətinin gələcəkdə ucuzlaşmasını gözləməməlidir.
"İstanbul sövdələşməsi çərçivəsində Ukraynanın tədarük imkanları tükənən kimi bazarda dəyişiklik olmayacaq, Rusiya resurslarına (buğda - İF) tələbat bərpa ediləcək. Bu səbəbdən, Azərbaycan Rusiyada alış qiymətləri çox aşağı olanadək gözləməməlidir, həqiqətən, Rusiya resurslarına tələbin bərpasını gözləməyə dəyməz, bu mexanizm fırlanacaq və siz daha rəqabətli şəraitdə alış-veriş etməli olacaqsınız. Bu gün isə hamı gözləyir... Bu, Ukrayna razılaşması ilə yaranan çox müvəqqəti bir hadisədir və bu, qlobal qiymətlərin daha da ucuzlaşmasına səbəb olmayacaq”, - Zloçevski çərşənbə günü Bakıda keçirilən XII Beynəlxalq Taxıl Ticarət Konfransında bildirib.
Rusiya Aqrar Bazar Konyukturası İnstitutunun baş direktoru Dmitri Rılko öz növbəsində qeyd edib ki, Azərbaycan 2020-ci ildən etibarənözünün istehsalının artması ilə əlaqədar RF-dən buğda alışını tədricən azaltmağa başlayıb. «Düşünürük ki, Azərbaycanın buğda idxalına ehtiyacı yavaş-yavaş azalacaq, baxmayaraq ki, Azərbaycan hər zaman çox iri Rusiya buğdası idxalçısı olub, o həmişə idxalçıların ilk üçlüyündə idi», - Rılko vurğulayıb.
Rusiya Taxıl İttifaqının vitse-prezidenti Aleksandr Korbut hesab edir ki, Rusiya taxıl idxalçılarının sayı bu ilin fevral ayının sonlarında baş verən hadisələrdən çox əvvəl rüsum kvotasının aktiv tətbiqindən sonra azalmağa başlayıb.
“Agthia Group”un birja birkilərinin alışı üzrə direktoru Yevgeniya Dudinova öz növbısində qeyd edib ki, dünya bazarında Rusiya buğdası hazırda ucuz hesab edilmir, çünki indiki nəqliyyat-logistika xərcləri nəticəsində digər dünya ixracatçılarının məhsullarından daha baha olur. **
X.Nəsirzadə