Çərşənbə günü Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfər edib, o burada II Xəzər İqtisadi Forumunda iştirak edəcək. Bu barədə Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.
“Oktyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib”, - məlumatda deyilir.
Bildirilir ki, səfər çərçivəsində baş nazir Moskva şəhərində II Xəzər İqtisadi Forumunda iştirak edəcək, həmçinin bir sıra Xəzəryanı ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək. **
R.Kərimov