2022-ci ilin noyabr ayında OPEC+ sazişi çərçivəsində Azərbaycanın gündəlik neft hasilatı üzrə kvotası oktyabr ayında 717 min barrelə qarşı 684 min barrel təşkil edəcək, yəni 33 min barrel azalacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
“Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barrel azadılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan razılıq verib.Beləliklə, 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatı 684 min barrel təşkil edəcək”, - nazirlikdən bəyan ediblər. **
N.Abbasova