Azərbaycan Müdafiuə Nazirliyi çərşənbə günü axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən iki dövlətin sərhədində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə məlumat verib.
“Oktyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”, - məlumatda deyilir.
MN-dən qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən “adekvat cavab tədbirləri görülüb”. **
R.Kərimov