30 il ərzində Azərbaycanda Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində 3 min 336 nəfər həlak olub və xəsarət alıb. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.
“Son 30 ildə qurbanların sayı (mina partlayış nəticəsində ölən və xəsarət alanların - İF-Az) 3336 nəfər təşkil edib, o cümlədən 38 qadın və 357 uşaq. Onlardan 257-si - 2020-ci il müharibəsindən sonra”, - Bayramov Twitter hesabında yazıb. **
R.Kərimov