Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) “Türk Dünyası Sığorta Birliyi”nin “Yol Xəritəsi”nı hazırlayıb.
ASA-nın məlumatında qeyd olunur ki, oktyabr ayında “Türk Dünyası Sığorta Birliyi”nə üzv ölkələrin sığortaçılar birliklərinin rəhbərləri arasında videokonfrans görüş keçiriləcək. Həmin iclasda Birliyin ilk illik assambleyasının keçiriləcəyi tarix və ölkə müəyyənləşəcək.
“Yol xəritəsi”ndə Birliyin strateji hədəfləri, fəaliyyət prinsipləri ilə yanaşı, üzv ölkələrin qarşılıqlı əməkdaşlıq istiqamətləri yer alıb.
Birliyin strateji hədəfləri və fəaliyyət prinsipləri müəyyənləşdirilib. Sənəddə, Birliyin illik assambleyalarının təşkili ilə bağlı məsələlər və digər vacib istiqamətlər yer alıb.
“Türk Dünyası Sığorta Birliyi” 2022-ci ilin may ayında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis edilib. **
R.Əhmədov